“İçəri şəhər” adlı tammetrajlı bədii filminin çəkilişlərinə başlanılıb

“İçəri şəhər” adlı tammetrajlı bədii filminin çəkilişlərinə başlanılıb
# 14 noyabr 2014 07:54 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “İçəri şəhər” adlı tammetrajlı bədii filminin çəkilişlərinə başlanılıb. Kinostudiyadan APA-ya verilən məlumata görə, psixoloji dram janrında olan filmin ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luca Coassin (İtaliya), quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur. Yeni ekran əsərinin çəkilişləri Bakı və Zaqatalada aparılacaq.

Gənc qızın Qarabağ müharibəsi veteranına olan sevgisindən bəhs edən filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki və Elmira Şabanova canlandıracaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR