Azərbaycanda pul kütləsi artıb

Azərbaycanda pul kütləsi artıb
# 08 avqust 2014 12:56 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2014-cü ilin iyulun 1-nə 20 569,3 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 556,2 mln. manat və ya 20,9% çoxdur.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda bu ilin iyununda geniş mənada pul kütləsi 601 mln. manat və ya 3% artıb.

Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.


Eyni zamanda manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 2 705,4 mln. manat və ya 18,9% artaraq iyulun 1-nə 17 005,1 mln. manata çatıb, iyun ayında isə 309 mln. manat və ya 1,9% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR