ABŞ fond bazarında səhmlər bahalaşıb

ABŞ fond bazarında səhmlər bahalaşıb
# 07 avqust 2014 07:06 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. ABŞ fond bazarında Dow Jones indeksi 0,08% - 16 443 bəndədək, NASDAQ 0,05% - 4 355 bəndədək artıb, S&P 500 isə dəyişməyərək - 1 920 bənd təşkil olunub.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,69% - 6 636 bəndədək, Fransa CAC-40-ı 0,61% - 4 207 bəndədək, Almaniya DAX-ı isə 0,65% - 9 130 bəndədək azalıb.

COMEX-də qızılın bir unsiyası 0,70 dollar bahalaşaraq 1 307 dollara bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR