16 il əvvəl qətl hadisəsi törətmiş şəxs həbs olunub

16 il əvvəl qətl hadisəsi törətmiş şəxs həbs olunub
# 11 iyul 2009 11:44 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. On altı il əvvəl cinayət törədərək hadisə yerindən qaçmış şəxs tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 1993-cü il sentyabrın 6-da Səkinəxanım Əbülfətovanı avtomat silahdan atəş açaraq qətlə yetirən Cəlilabad rayon sakini Aləddin İsmayılov DİN Baş Cinayət-Axtarış İdarəsi, Gəncə şəhər Polis İdarəsi və Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Faktla bağlı ibtidai istintaq hərəkətləri aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR