Azərbaycanın Lənkəran rayonunda iribuynuzlu heyvanlar kütləvi şəkildə tələf olur

Azərbaycanın Lənkəran rayonunda iribuynuzlu heyvanlar kütləvi şəkildə tələf olur
# 15 fevral 2008 09:00 (UTC +04:00)
APA-nın cənub bürosunun məlumatına görə, indiyədək 12 təsərrüfatda 30-dan çox iribuynuzlu mal-qara tələf olub, ölən heyvanlar kənd ərazisində basdırılıb. Sakinlər bildiriblər ki, kənd ərazisində mal-qara üçün otlaq yeri yoxdur. Bundan başqa, heyvanlara dərman preparatları onlara verilmir və mal-qara vaxtında peyvənd edilmir. Daştatük bələdiyyəsinin sədri Fayaz Babayev heyvanların kütləvi tələf olduğu barədə məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Lənkəran Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri kəndə dəvət olunublar. Baytarlıq İdarəsinin rəisi Kamal Abdinov isə bildirib ki, tələf olan heyvanlardan analiz götürülərək müayinə üçün Lənkəran zona baytarlıq laboratoriyasında verilib. Analizin nəticələrinə əsasən, tələf olan heyvanlarda hər hansı infeksion xəstəlik və ya zəhərli maddə aşkarlanmayıb: “Heyvanlardakı xəstəlik sərt keçən soyuq hava şəraiti və heyvanların yemlənməməsi ilə əlaqədardır. Heyvanlara alimentar qidalanma ilə götürüm düşmə diaqnozu qoyulub ki, bunun da infeksion xəstəliklərlə heç bir əlaqəsi yoxdur”. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq İdarəsinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli də APA-ya həmin heyvanların soyuq hava şəraiti ilə əlaqədar tələf olduğunu təsdiqləyib. Y. Xanvəli bildirib ki, hazırda dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti hesabına heyvanlarda dabaq, qara yara, nyukasl, lasota, çiçək və s. daxil olmaqla, 11 adda iti xəstəlik peyvənd edilir. Qalan xəstəliklərin peyvəndini isə təsərrüfat sahibləri öz vəsaitləri hesabına həyata keçirməlidirlər: “Ona görə də onların nəyi iddia etdiyi məlum deyil”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR