Azərbaycandakı bankların depozit portfelinin həcminə görə renkinqi

Azərbaycandakı bankların depozit portfelinin həcminə görə renkinqi
# 20 fevral 2008 11:28 (UTC +04:00)
Aşağıdakı cədvəldə ölkədəki bankların depozit portfelinin 2008-ci il yanvar ayının 1-nə olan həcmi barədə məlumat verilir:

(mln. AZN)

Banklar

Depozit portfeli

1

Azərbaycan Beynəlxalq Bankı

1 603,8

2

Bank Standard

258,0

3

Texnikabank

205,3

4

Kapital Bank

169,3

5

Xalg Bank

137,3

6

UniBank

123,3

7

Bank of Baku

118,0

8

Bank Respublika

111,5

9

AGBank

95,4

10

Yapı Kredi Bank Azerbaijan

86,3

11

AtaBank

74,6

12

Rabitabank

61,7

13

Nikoil Bank

56,7

14

Azərbaycan Sənaye Bankı

55,5

15

Azerdemiryolbank

51,4

16

Bank of Azerbaijan

35,7

17

Əmrahbank

28,0

18

Muğan Bank

24,2

19

Zamin Bank

23,5

20

Royal Bank of Baku

22,8

21

Azər-Türk Bank

20,9

22

Turanbank

18,2

23

Parabank

16,6

24

Azernagliyyatbank

9,3

25

Günaybank

9,0

26

Azərbaycan Mikromaliyyələşdirmə Bankı

8,4

27

United Credit Bank

8,0

28

Melli İran BankıBakı

8,0

29

NBCBank

7,1

30

Deka Bank

5,7

31

Bank Avrasiya

5,5

32

Gəncəbank

3,4

33

Azərbaycan Kredit Bankı

2,9

34

Debut Bank

1,9

35

Qafqaz İnkişaf Bankı

1,6



Cədvəldən göründüyü kimi, hazırda Azərbaycanda faktiki olaraq 46 bank kredit təşkilatı fəaliyyət göstərsə də, “APA-Economics”in renkinqində yalnız 35 bankın depozit portfeli əks olunub. Bu, digər bankların KİV-lə əməkdaşlıqdan imtina etməsi, maliyyə göstəricilərini təqdim etməməsi və s. subyektiv səbəblərlə bağlıdır.
Qeyd edək ki, 2007-ci ilin III rübün yekunları əsasında tərtib olunmuş ilk renkinqdə yalnız 30 bankın göstəriciləri əks olunub. Həmçinin, nəzərə alınmalıdır ki, ötən dövr ərzində ölkədə daha 2 yeni bank təşkilatı “Bank Avrasiya” və “Paşa Bank” fəaliyyətə başlayıb. Lakin bunlardan yalnız “Bank Avrasiya” maliyyə göstəricilərini açıqlayıb.
Depozit portfelinin səviyyəsinə gəldikdə isə, gözlənildiyi kimi, ilk yeri Azərbaycan və regionun ən iri bank təşkilatı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) tutub. Əsasən dövlət mülkiyyətində (50,2%) olan bu bankın depozit portfelinin durmadan artması həm bankın inkişafı, o cümlədən filial şəbəkəsinin genişliyi, həm də yeni yığım xarakterli məhsulların tətbiq edilməsi ilə bağlıdır. Bu gün Azərbaycanda yalnız ABB-nin depozit portfeli 1 mlrd. manat həddini keçib. Belə ki, Azərbaycan Milli Bankının yanvar ayının 1-nə olan rəsmi məzənnəsinə əsasən, ABB-nin depozit portfelinin həcmi xarici valyuta ekvivalentində təxminən 1 897,303 mln. ABŞ dolları təşkil edib. Maraqlıdır ki, ABB-nin depozit portfelinin həcmi sonrakı yeri tutan bankların analoji göstəricisini ən azı 6 dəfə (!) üstələyir.
Təqdiredici haldır ki, cədvəldə ikinci yeri 258 mln. manat göstəricisi ilə özəl bank təşktilatı “Bank Standard” tutub. Bu, “Bank Standard”ın yeritdiyi proqressiv depozit cəlbetmə siyasəti, bu sahədə müxtəlif aksiya və kampaniya keçirməsi və s. amillərlə bağlıdır. Respublikanın ikinci dövlət bankı “Kapital Bank” isə 4-cü yerdə qərarlaşıb.
Cədvəldən göründüyü kimi, yalnız 3 bankın depozit portfelinin həcmi 200 mln. manat həddini (01.01.2008-ci il vəziyyətinə 236,602 mln. ABŞ dolları), daha 5 bankda bu göstərici 100 mln. manat həddini (118,301 mln. ABŞ dolları), sonrakı 7 bankda isə bu göstərici 50 mln. manatı (59,151 mln. ABŞ dolları) keçib.
Maraqlıdır ki, ilk üçlüyə daxil olan bankların məcmu depozit portfeli qalan 32 bankın depozitlərinin cəmindən 47,5% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR