Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi çərçivəsində səfirlər Afrikaya səfər ediblər

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi çərçivəsində səfirlər Afrikaya səfər ediblər
# 07 oktyabr 2013 10:59 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi çərçivəsində qurum üzvü olan dövlətlərin səfirləri Afrikanın Böyük Göllər regionuna səfər ediblər. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, TŞ üzvləri Konqoya, o cümlədən bu ölkənin Ruanda sərhədindəki Qoma şəhərinə gediblər və Muqunda adlanan yaşayış məntəqəsində təxminən 16 min insanın məskunlaşdığı, məcburi köçkünlərin 3 düşərgəsini ziyarət ediblər.

Qoma şəhərində keçirilən mətbuat konfransında çıxış edən Azərbaycanın BMT-dəki səfiri Aqşin Mehdiyev beynəlxalq ictimaiyyətin Konqoya dəstək verməyə davam edəcəyini deyib. Bununla yanaşı, o, konqoluların da öz ərazilərinin və xalqlarının müdafiəsi üçün məsuliyyət daşıdıqlarını söyləyib.

Qeyd edək ki, Şərqi Konqonun ərazisində uzun illərdir münaqişə davam edir. Bu münaqişənin kökləri 1994-cü ildə qonşu Ruandada baş vermiş soyqırımla əlaqədardır. O vaxt Ruandada etnik çoxluq olan xutular əksəriyyəti tutsi xalqından olan təxminən 800 min nəfəri qətlə yetirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR