Elmar Məmmədyarov AŞPA sədri və üzvlərini Azərbaycana tez-tez səfər etməyə çağırıb

Elmar Məmmədyarov AŞPA sədri və üzvlərini Azərbaycana tez-tez səfər etməyə çağırıb
# 23 may 2014 07:52 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin iclasında xarici işlər naziri, AŞ Nazirlər Komitəsinin sədri Elmar Məmmədyarov deyib.

E. Məmmədyarov münaqişələrin həllində insanlar arasında təmasların artmasının da rol oynadığını bildirib: “Digər tərəfdən, iqtisadi inkişaf, sosial rifah da zəruridir. Ancaq münaqişələrin həli üçün prinsiplərə sadiq qalmaq lazımdır”.

Sonda E. Məmmədyarov AŞPA sədri Anna Brassör və digər AŞPA üzvlərini Azərbaycana tez-tez səfər etməyə dəvət edib: “Siz dediniz ki, 2 il ərzində Azərbaycana gəlməyəcəksiniz, Azərbaycanda AŞPA-nın tədbirləri keçirilməyəcək, ancaq AŞPA üzvlərini və sizi Azərbaycana dəvət edirəm”.

A. Brassör isə bildirib ki, həbsdə olan şəxslərlə görüşməklə bağlı israrını davam etdirəcək: “Mən o şəxslərlə azadlıqla görüşmək istəyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR