Liviyada girov saxlanılan İordaniya səfiri azad edilib

Liviyada girov saxlanılan İordaniya səfiri azad edilib
# 13 may 2014 07:59 (UTC +04:00)

Bakı-APA. Liviyada girov saxlanılan İordaniya səfiri Fəvaz əl Etan azad edilib.

APA-nın verdiyi məlumata görə, bu barədə “Əl Arabiya” telekanalı xəbər yayıb.

Diplomatın yaxın günlərdə vətəninə qayıdacağı gözlənilir.

Qeyd edək ki, səfiri oğurlamış şəxslər bir müddət əvvəl İordaniya hökumətinə tələb irəli sürüb. Onlar diplomatı İordaniya həbsxanalarında saxlanılan islamçıların azad edilməsi müqabilində sərbəst buraxacaqlarını bildiriblər. Bu tələbin yerinə yetirilib-yetirilmədiyi bəlli deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR