Azərbaycan fevralda enerji istehsalını 10% azaldıb

Azərbaycan fevralda enerji istehsalını 10% azaldıb
# 05 mart 2013 13:12 (UTC +04:00)

Bakı – APA-Economics. Bu ilin fevral ayında Azərbaycanın enerji sistemində 1,9 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. «APA-Economics»in məlumatına görə, bu barədə «Azərenerji» ASC-nin mətbuat xidmətindən bildirilib.

Yanvar ayına nisbətən fevralda enerji istehsalı 9,5% azalıb. Ümumilikdə, bu ilin ilk iki ayında 4 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib.

Fevral ayında Azərbaycan Rusiya, Türkiyə və İranla elektrik enerjisi mübadiləsini də davam etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR