“Neftçi” Çin klubu ilə oyuna qara sarğı ilə çıxacaq

“Neftçi” Çin klubu ilə oyuna qara sarğı ilə çıxacaq
# 19 yanvar 2015 11:13 (UTC +04:00)

Bakı – APA. “Neftçi” Antalya təlim-məşq toplanışı çərçivəsində sabah üçüncü yoxlama oyununu keçirəcək. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan təmsilçisi Çinin “Guizhou Rehne” klubu ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 19:00-da başlanacaq qarşılaşmadan öncə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək və futbolçularımız oyuna qara sarğı ilə çıxacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR