Beynəlxalq Sığorta Şirkəti yeni xidmətin tətbiqinə başlayıb

Beynəlxalq Sığorta Şirkəti yeni xidmətin tətbiqinə başlayıb
# 28 oktyabr 2010 11:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın Beynəlxalq Sığorta Şirkəti (BSŞ) göstərilən xidmətlərin keyfiyyətinin və xidmət spektorunun genişləndirilməsi məqsədi ilə yeni xidmətin tətbiqinə başlayıb.

BSŞ-dən «APA-Economics»ə verilən məlumata görə, artıq müştərilər *1000, *1001, *1002, telefon nömrələrinə şəhər və bütün mobil operatorlarından zəng vurmaqla şirkətin təklif etdiyi bütün xidmətlər haqqında məlumatlar ala bilər. Şirkətə müraciət etmək istəyən hər bir şəxs, baş ofislə əlaqə yaradaraq sığorta növləri, tarifləri, lazımi sənədlər və xidmət şəbəkəsi haqqında məlumat almaq üçün *1000 nömrəsinə, baş vermiş sığorta hadisəsi və mövcud problemlər haqqında İddialar Departamentinə müraciət etmək üçün *1001 nömrəsinə, şirkətin Xətai xidmət ofisi ilə əlaqə saxlamaq üçün isə *1002 nömrəsinə zəng vura bilər.

Bundan başqa, müştəri loyallığının artırılması məqsədilə şirkət «Countdown» endirim sisteminə qoşulub. Bu sistem dünyanın 34 ölkəsində 60 mindən çox ticarət və iaşə obyektlərində 2-50% endirimlər vəd edir. BSŞ VİP müştərilərinə həmin endirimlərdən yararlanmaları üçün «Countdown» endirim kartlarını təqdim etməyə başlayıb. Artıq BSŞ-nin VİP müştəriləri Azərbaycanda yerləşən 250-dən artıq ticarət və iaşə obyektlərinin, o cümlədən digər ölkələrdə yerləşən obyektlərin xidmətlərindən endirimlə yararlana bilər.

Xatırladaq ki, 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilmiş BSŞ müştərilərə 37 sığorta növü üzrə xidmə göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR