Milli Məclisin sədri Misirin İsgəndəriyyə kitabxanasının direktorunu qəbul edib

Milli Məclisin sədri Misirin İsgəndəriyyə kitabxanasının direktorunu qəbul edib
# 24 noyabr 2010 08:12 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov İsgəndəriyyə kitabxanasının direktoru, Misir senatoru İsmayıl Serageldini qəbul edib. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə ölkələr arasındakı əlaqələr müzakirə olunub. O. Əsədov Dağlıq Qarabağ münaqişəsinin həllində Misirin Azərbaycanın mövqeyini müdafiə etməsini yüksək qiymətləndirib. İ. Serageldin səfər müddətində keçirdiyi görüşlərdən məmnun olduğunu söyləyib. O, Misirin oxşar mədəniyyətə malik Azərbaycanla həyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafına böyük maraq göstərdiyini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR