«Günay Bank»ın kredit portfeli son bir ildə 13% artıb

«Günay Bank»ın kredit portfeli son bir ildə 13% artıb
# 23 avqust 2010 09:58 (UTC +04:00)
Bakı. Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Günaybank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin iyul ayının 1-nə 33,346 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin iyulun 1-nə olan göstərici ilə müqayisədə 5,2% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 14% azalaraq 7,145 mln. manat, kredit portfeli 13% artaraq 38,153 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 36,8 dəfə artaraq 2,681 mln. manat olub.

Bu müddət ərzində bankın məcmu kapitalı 6,9% artaraq 13,256 mln. manata, o cümlədən nizamnamə kapitalı 20% artaraq 13,024 mln. manata çatıb.

Qeyd edək ki, son bir il ərzində bankın məcmu gəlirləri 2,2% artaraq 2,750 mln. manat, xərcləri isə 16% artaraq 0,842 mln. manat olub. Nəticədə, bakın əldə etdiyi mənfəətin həcmi 57% azalaraq 0,652 mln. manat təşkil edib.

Xatırladaq ki, bu dövr ərzində bankın cəmi müştərilərinin sayı 1,3% azalaraq 2,449-a enib. Son bir ildə bankda işçilərin sayı (39 nəfər) və orta aylıq əmək haqqı (300 manat) sabit qalıb.

Təsisçisi 10 yerli fiziki şəxs olan «Günaybank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın 1 filialı, 1 mübadilə məntəqəsi və 1 POS-terminalı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR