Beynəlxalq forumun sonunda Qəbələ Bəyannaməsi qəbul edilib

Beynəlxalq forumun sonunda Qəbələ Bəyannaməsi qəbul edilib
# 15 noyabr 2013 16:19 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. Qəbələ şəhərində keçirilən İpək Yolu ölkələri arasında ticarətə yardım və onun asanlaşdırılması üzrə gömrük idarələrinin roluna dair VI Beynəlxalq Forum başa çatıb. APA-nın məlumatına görə Azərbaycan, Türkiyə, Bolqarıstan, Qazaxıstan, Çin, Qırğızıstan, Gürcüstan, İtaliya, Moldova, Serbiya və Özbəkistanın gömrük xidməti orqanlarından məsul şəxslərin, eləcə də Asiya İnkişaf Bankı, Ümumdünya Gömrük Təşkilatı, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsindən, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasından 33 nümayəndənin iştirak etdiyi forum noyabrın 15-də öz işini sessiyalar üzrə davam etdirib, bir neçə məsələ müzakirə olunub.

Tədbirdə Ümumdünya Gömrük Təşkilatının texniki attaşesi Donald Tan “Əlaqələndirilmiş sərhəd idarəçiliyi”, Azərbaycanın Gömrük Hüquqpozmalarına qarşı Mübarizə Baş İdarəsinin rəisi Güloğlan Muradlı “Ticarətin sadələşdirilməsi kontekstində hüquq-mühafizə tədbirləri”, Gürcüstan Gəlirlər Xidmətinin beynəlxalq əlaqələr idarəsinin rəisi Samson Uridia “Gömrük islahatları: reallıqlar və perspektivlər”, Serbiya Gömrük Xidmətinin Avropa İttifaqına inteqrasiya şöbəsinin rəisi Diana Dindic “ÜGT-nin Çərçivə Standartlarının Serbiyada həyata keçirilməsi-SEED” mövzusunda məruzə edib.

Tədbirdə İpək Yolu üzərində yerləşən ölkələr arasında ticarətin asanlaşdırılması və əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

İki gün davam edən forumun sonunda Qəbələ Bəyannaməsi qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR