Rusiya vətəndaşı olan qadının təcridxanaya qadağan olunmuş əşyalar keçirməsinin qarşısı alınıb

Rusiya vətəndaşı olan qadının təcridxanaya qadağan olunmuş əşyalar keçirməsinin qarşısı alınıb
# 11 mart 2014 11:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidməti əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasında saxlanılan şəxsdən qadağan olunmuş əşyalar götürülüb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1 və 234.4.3 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Suxra Kamalovna Qasımovanın yanına qısa müddətli görüşə gəlmiş Rusiya Federasiyası vətəndaşı Leyla Abdulqadjiyevna Kuliyevanın gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman əl çantasından daxilində “Meqafon” danışıq kartı olan 1 ədəd “Samsung” markalı mobil telefon aparatı, daxilində “Bilayn” danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı və 1 ədəd “Meqafon” danışıq kartı aşkar edilərək götürülüb.


Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR