Azərbaycan MSK saat 15.00-a olan seçici fəallığını açıqlayıb: Seçicilərin 58,05 faizi səs verib

Azərbaycan MSK saat 15.00-a olan seçici fəallığını açıqlayıb: Seçicilərin 58,05 faizi səs verib
# 09 oktyabr 2013 12:30 (UTC +04:00)

APA-nın məlumatına görə, MSK sədri Katibliyinin “Seçkilər” İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 15.00-a olan məlumata görə, seçicilərin 2 987 213 nəfəri səsvermədə iştirak edib.

Ölkə üzrə ümumi seçici fəallığı isə 58,05 faiz təşkil edib.

Qeyd edək ki, ölkə üzrə 125 seçki dairəsi üzrə 5 492 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərin ümumi sayı 5 milyon 145 min 643 nəfərdir.

Ən yüksək aktivlik dərəcəsi 70,68 faizlə 14 saylı Xəzər Seçki Dairəsində, ən passivi isə 40,68 faizlə 17 saylı Yasamal III Seçki Sairəsində qeydə alınıb.

O, 115 saylı “qaynar xətt”ə 102 məlumat daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR