Hüquq müdafiəçisi polis şöbələrində monitorinq keçirib

Hüquq müdafiəçisi polis şöbələrində monitorinq keçirib
# 08 may 2013 15:49 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Hacıqabul, Ucar, Zərdab, Ağcabədi, Beyləqan, Füzuli, İmişli, Saatlı və Sabirabad rayon polis şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçirib.

E. Behbudovun APA-ya verdiyi məlumata görə, monitorinq zamanı saxlanılan şəxslərdən şikayət edən olmayıb: “Fizuli rayonunda olarkən yanvarın 26-da özünü icra hakimiyyətinin binası qarşısında yandırmağa cəhd edən Dünyamin Adıgözəlovla maraqlandıq. Məlum oldu ki, onun narazılığı məhkəmədən olub. Yəni həmin hadisənin polislə və ya icra hakimiyyəti ilə bir əlaqəsi olmayıb. Fizuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev də bizimlə görüşdü”.

Hüquq müdafiəçisi rayon Polis Şöbəsinin iki mərtəbəli inzibati binasının tikildiyini və yaxın vaxtlarda istifadəyə veriləcəyini deyib.

E. Behbudov monitorinqin nəticələri ilə bağlı daxili işlər naziri Ramil Usubova arayışla məlumat verəcəyini də bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR