«Brokdil-AZ» şirkətinə broker və diler lisenziyaları verilib

«Brokdil-AZ» şirkətinə broker və diler lisenziyaları verilib
# 14 may 2013 13:19 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən «Brokdil-AZ» MMC-yə broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün yeni lisenziyalar verilib.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, Komitəsi tərəfindən «Brokdil-AZ» MMC-yə təqdim olunan lisenziyalar 5 il müddətinə verilib.

Beləliklə, hazırda qiymətli kağızlar bazarında 13 broker fəaliyyəti, 12 diler fəaliyyəti və 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası və 1 klirinq üzrə peşəkar fəaliyyətə verilmiş xüsusi razılıqlar (lisenziyalar) qüvvədədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR