Sumqayıtda özlərini polis kimi təqdim edən şəxslər tutulub

Sumqayıtda özlərini polis kimi təqdim edən şəxslər tutulub
# 06 yanvar 2014 11:30 (UTC +04:00)
Bakı. Fuad Cəfərov – APA. Sumqayıt şəhərində özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərinin ərazisindəki parkda şəhər sakinləri Elçin Babayev və Nail Mehdiyev özlərini polis əməkdaşları kimi təqdim edərək həmyerliləri İlqar Ramazanovu polisə aparacaqları ilə hədələyib ondan 30 manat pul alıblar.

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Babayev və N.Mehdiyev tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR