İndoneziyada helikopterin qəzaya uğraması nəticəsində 13 nəfər ölüb

İndoneziyada helikopterin qəzaya uğraması nəticəsində 13 nəfər ölüb
# 09 noyabr 2013 17:48 (UTC +04:00)

Bakı-APA. İndoneziyanın Silahlı Qüvvələrinə məxsus “Mi-17” helikopteri bu gün Borneo adası yaxınlığında qəzaya uğrayıb. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 13 nəfər ölüb.

Yerli KİV-lərin məlumatına görə, helikopterin göyərtəsində 21 nəfər – hərbçi və fəhlə olub.

İlkin məlumata görə, helikopter eniş edərkən mühərrikdə yaranan nasazlıq səbəbindən qəzaya uğrayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR