Sahibkarlığa Kömək Milli Fondu Gədəbəy sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb

Sahibkarlığa Kömək Milli Fondu Gədəbəy sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb
# 08 may 2013 08:35 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Gədəbəy rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

SKMF-dən «APA-Economics»ə verilən məlumata görə, Fond tərəfindən Gədəbəy rayonu üzrə sahibkarlıq subyektlərindən intensiv kartofçuluq və ya yüksək məhsuldar kartof toxumçuluğu təsərrüfatlarının, kiçik cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, cır meşə meyvələrinin və balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.

Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilər.

Əlaqə telefonu: (+994 12) 434-74-29.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR