Bakıda baş verən yol qəzasında sürücü yanıq xəsarətləri alıb

Bakıda baş verən yol qəzasında sürücü yanıq xəsarətləri alıb
# 12 dekabr 2013 12:05 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda baş verən yol qəzasında sürücü yanıb.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol nəqliyyat hadisəsi Bayıl qəsəbəsində qeydə alınıb.

1976-cı il təvəllüdlü Fuad Rza oğlu Abbasov idarə etdiyi 99 CC 72 dövlət nömrə nişanlı, “Scania” markalı avtomobil aşaraq yanıb.

Nəticədə sürücü yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR