Gəncədə silah tapılıb

Gəncədə silah tapılıb
# 03 mart 2014 10:55 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə istifadəsiz ərazidə silah tapılıb.

Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə ötən gecə şəhərin Tağı Arani küçəsində olan boş ərazidə ağ rəngli torbanın içərisində 1963-cü ilin istehsalı olan 38/67 kalibrli təklülə tüfəng aşkar edilərək götürülüb.

Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR