Bakıda yük maşını divara çırpılıb, sürücü xəsarət alıb

Bakıda yük maşını divara çırpılıb, sürücü xəsarət alıb
# 14 aprel 2014 07:00 (UTC +04:00)

Bakı – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonunda yol-nəqliyyat qəzasının baş verməsi və 1 nəfərin köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaşa məxsus “Forland” markalı yük avtomobili yol kənarındakı divara çırpılıb.

Nəticədə, avtomobil deformasiyaya uğrayıb, sürücü sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qeyd olunan vətəndaşı avtomobildən çıxararaq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım stansiyasının həkimlərinə təhvil verib, habelə, hadisə yerində müvafiq təhlükəsizlik tədbirlər görüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR