AMEA Mərkəzi Elmi Kitabxanasında Zərifə Əliyevanın anadan olmasının 91-ci ildönümünə həsr edilmiş sərgi-təqdimat keçirilib - FOTO

AMEA Mərkəzi Elmi Kitabxanasında Zərifə Əliyevanın anadan olmasının 91-ci ildönümünə həsr edilmiş sərgi-təqdimat keçirilib - <span style="color: red;">FOTO
# 28 aprel 2014 16:41 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün AMEA Mərkəzi Elmi Kitabxanasında Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, akademiyanın həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 91-ci ildönümünə həsr edilmiş sərgi-təqdimat keçirilib.

Kitabxananın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə Elmi Kitabxananın direktor müavini Firəngiz Hüseynova Zərifə Əliyevanın intellektual keyfiyyətləri özündə birləşdirən alim, böyük elmi axtarışlarla dolu ömür yolu keçmiş ictimai xadim, yüksək mənəvi keyfiyyətlərini qoruyan görkəmli həkim, gözəl ana, vəfalı ömür-gün yoldaşı kimi rəğbət qazandığını bildirib. İnsanlara olan humanizm duyğusunu seçdiyi peşəsində xüsusilə əks etdirdiyini vurğulayan Firəngiz Hüseynova alimin göz həkimi kimi insanlara nur bəxş etməsini, tarixin ona böyük tale və missiya olaraq verdiyini söyləyib.

Sərgidə görkəmli alimin həyatı və elmi fəaliyyətlərini əks etdirən ədəbiyyat nümayiş etdirilib. Sərgidə Azərbaycan və xarici dillərdə 200-dən çox ədəbiyyat, virtual görüntülər, Zərifə Əliyeva haqqında video film və foto materiallar nümayiş olunub. Tədbir zamanı AMEA Mərkəzi Elmi Kitabxanasının hazırladığı “Zərifə Əziz qızı Əliyeva: biobiblioqrafiya” kitabının təqdimatı da keçirilib. Göstəriciyə alimin kitab və monoqrafiyaları, dərs vəsaitləri, dövri mətbuatda və ayrı-ayrı məcmuələrdə dərc olunmuş elmi məqalələri və digərləri daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR