Donetskdə təcili toplaşan diaspora təşkilatları beynəlxalq qurumlara müraciət ünvanlayıblar - FOTOSESSİYA

Donetskdə təcili toplaşan diaspora təşkilatları beynəlxalq qurumlara müraciət ünvanlayıblar - <span style="color: red;">FOTOSESSİYA
# 01 may 2014 18:42 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Ukraynanın şərqindəki gərginlik və qarşıdurmalarla əlaqədar olaraq Ukrayna Millətlər Assambleyasının (UMA) çağırışı ilə ölkədə yaşayan etnik millətləri təmsil edən təşkilatlar Donetskdə toplaşıb. UMA – dan APA – ya verilən məlumata görə, Assambleya prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyevin rəhbərliyi ilə keçən bu toplantıda ölkədə yaşayan əksər millətlərin diaspora təşkilatlarının rəhbərləri toplanıblar.

Toplantıda həmçinin etnosiyasət sahəsində çalışan mütəxəssislər, gənclər və həmkarlar təşkilatlarının nümayəndələri, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Toplantının məqsədi Ukraynadakı durumla bağlı ictimaiyyətin rəyinin öyrənilməsi, milli mənsubiyyətindən asılı olmayaraq hər kəsin özünü rahat hiss edə biləcəyi Ukraynada dövlətin bütövlüyünün möhkəmlənməsi və inkişaf etdirilməsində etnik məsələlərin rolunun aydınlaşdırılması olub.

Yəhudilərin, rusların, moldavanların, tatarların, yunanların, gürcülərin, azərbaycanlıların, yerli ukraynalıların təmsil olunduğu təşkilatların qatıldığı toplantıda Rövşən Tağıyev bildirib ki, Ukraynada yaşayan millətlər son vaxtlar ölkənin şərqində, xüsusilə Donetskdə baş verənlərdən narahatdırlar. İcmaların nümayəndələri ölkə daxilində separatçılığa meylliyi, millətlər arasına düşmənçilik toxumunun səpilməsini pisləyib və bundan narahat olduqlarını bildiriblər. Qeyd olunub ki, Rusiya və Ukrayna, ruslar və ukraynalılar qardaş xalqlardır: “Bu iki qardaş xalq arasında düşmənçilik toxumunun səpilməsi ciddi faciə deməkdir və ölkədə yaşayan millətlər bunu özlərinə qarşı da təhlükə görürlər”.

İştirakçılar tezliklə separatçılığın, millətlərarası düşmənçiliyə cəhdin qarşısının alınması üçün dövləti və beynəlxalq təşkilatları ciddi tədbir görməyə çağırıblar.

Toplantının nəticəsi olaraq Ukrayna qanunvericilik və icra orqanlarına, beynəlxalq təşkilatların Kiyevdəki nümayəndəliklərinə narahatlıqlar ilə bağlı rəsmi müraciət və konkret təkliflər göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR