Hikmət Çətin: “Türkiyə Suriyaya qarşı hərbi əməliyyatlarda iştirak etməməlidir”

Hikmət Çətin: “Türkiyə Suriyaya qarşı hərbi əməliyyatlarda iştirak etməməlidir”
# 02 sentyabr 2013 07:35 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli-APA. “Suriyaya hücum etməzdən əvvəl BMT missiyası Dəməşq yaxınlığında kimyəvi silahdan istifadə edilib-edilməməsini müəyyənləşdirməlidir”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin bildirib.


Onun sözlərinə görə, əgər Suriyada kimyəvi silahdan istifadəsi təsdiqlənsə, bütün dünya bununla bağlı birgə addımlar atmalıdır. Türkiyənin Suriyaya qarşı hərbi əməliyyatlarda iştirak etməsi ehtimalını dəyərləndirən H. Çətin bildirib ki, Ankaranın Suriyaya hərbi müdaxilə etməməsi daha yaxşı olardı: “ABŞ və Avropa Suriyadan uzaqdadır. Onlar bu ölkəyə qarşı əməliyyatlar keçirəcək, daha sonra oradan çıxacaqlar, Türkiyə isə Suriya ilə əbədi olaraq qonşu qalacaq. Ona görə, mənim fikrimcə, Türkiyənin bu məsələyə qarışmaması lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR