ARDNŞ prezidenti: “Məqsədimiz bu gənclərin gələcəyini təmin etməkdir”

ARDNŞ prezidenti: “Məqsədimiz bu gənclərin gələcəyini təmin etməkdir”
# 03 sentyabr 2013 15:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Peşəkar kadrların hazırlanması və hər bir işdə peşəkar kadrların tapılması ən çətin işdir”. “APA-Economics”in məlumatına görə, bunu Karyera idarəedilməsi sisteminin tətbiqi ilə bağlı tədbirdə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.


Onun sözlərinə görə, ARDNŞ bununla bağlı öz standartlarının hazırlanmasına başlayıb: “ARDNŞ-da çalışan hər bir işçi, mühəndis bu standartlara cavab verməlidir. Əsasən də gəncləri bu işə cəlb edirik. Məqsədimiz bu gənclərin gələcəyini təmin etməkdir. Onlar ARDNŞ-da işləmək üçün hansı kursları keçməli, hansı bilik, savad və meyarlara cavab verməli olduqlarını bilməlidirlər. Bu səbəbdən yeni sistemin həyata keçirilməsinə başlanılıb. Biz 1 ildə olduqca ciddi işlər görmüşük, tez bir müddətdə bunu təsdiq edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR