Göyçayda oğul anasını bıçaqlayaraq qaçıb

Göyçayda oğul anasını bıçaqlayaraq qaçıb
# 20 noyabr 2013 10:32 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Kürdəmiş kəndində qeydə alınıb. 1995-ci il təvəllüdlü Heydərli Heydər Bayram oğlu aralarında baş verən ailə münaqişəsi zamanı anası 1976-cı il təvəllüdlü Heydərova Məhsəti Vaqif qızını bıçaqlayıb. Qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası, qara ciyərin kəsilməsi, daxili qanaxma diaqnozu ilə Göyçay Mərkəzi rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilən Məhsəti Heydərova əməliyyat olunub. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Anasını bıçaqlayan Heydər Heydərli isə evdən qaçıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini həyata keçirirlər.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR