FHN intensiv yağışların bölgələrdə törətdiyi fəsadlarla bağlı məlumat yayıb

FHN intensiv yağışların bölgələrdə törətdiyi fəsadlarla bağlı məlumat yayıb
# 30 may 2013 08:59 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Fövqəladə Hallar Nazirliyi (FHN) intensiv yağışların bölgələrdə törətdiyi fəsadlarla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, respublikanın bəzi şəhər və rayonlarında, o cümlədən İsmayıllı, Ağsu və Göyçayda yağış yağıb. Yağıntılar nəticəsində İsmayıllı rayonunun mərkəzində bəzi ərazilər yağış suları ilə dolub. Həmin ərazilərin yağış sularından təmizlənməsi üçün əraziyə FHN-in müvafiq qüvvələri cəlb edilib.

Hazırda Dövlət Yanğından Mühafizə Xidməti və Şimal-qərb Regional Mərkəzi tərəfindən suçəkmə işləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR