Gəncədə 23 yaşlı gənci öldürən şəxs saxlanılıb - APA TV

Gəncədə 23 yaşlı gənci öldürən şəxs saxlanılıb - <span style="color: red;">APA TV
# 11 iyun 2013 12:28 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Ötən gecə Gəncədə törədilən qətl hadisəsinin üstü açılıb.

Gəncə şəhər Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, 23 yaşlı Kəlbəcər rayon sakini Şəhriyar Əlbəndovu elə həmin rayonun sakini, 1995-ci il təvəllüdlü Rəhim Rəhimzadənin bıçaqlayaraq öldürdüyü müəyyən edilib.

Qeyd edək ki, hadisə ötən gecə Gəncənin Gülüstan qəsəbəsində şəxsi münasibətlər zəminində, söyüş üstündə baş verib. Azərbaycan Dövlət Aqrar Universitetinin 6 saylı yataqxanasında məskunlaşan Kəlbəcər rayon sakini, 1990-cı il təvəllüdlü Şəhriyar Əlbəndov ürək nahiyəsindən bıçaqlanıb. Onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR