Meksikada həbsxanada məhbuslar arasında baş vermiş toqquşmada 5 nəfər ölüb

Meksikada həbsxanada məhbuslar arasında baş vermiş toqquşmada 5 nəfər ölüb
# 27 oktyabr 2013 02:36 (UTC +04:00)

Bakı-APA. Meksikanın Tamaulipas ştatında yerləşən “Altamira” həbsxanada məhbuslar arasında baş vermiş toqquşma nəticəsində 5 nəfər ölüb. APA-nın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, cəzaçəkmə müəssisəsində vəziyyəti nizamlamaq üçün xüsusi təyinatlı polis dəstəsi cəlb olunub.

Toqquşma zamanı məhbuslar həbsxanaya od vurublar, lakin polisin operativ müdaxiləsi nəticəsində iğtişaşların qarşısını vaxtında almaq mümkün olub.

Toqquşmanın səbəbkarları istintaqa cəlb olunublar. Həbsxanada əlavə təhlükəsizlik tədbirləri görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR