«PAŞA Sığorta» Mərkəzi Bankın tibbi sığorta üzrə tenderində qalib gəlib

«PAŞA Sığorta» Mərkəzi Bankın tibbi sığorta üzrə tenderində qalib gəlib
# 27 noyabr 2013 09:29 (UTC +04:00)

Bununla da, 2014-cü ildə AMB-nin bütün əməkdaşlarının tibbi sığortalanmasını «PAŞA Sığorta» şirkəti həyata keçirəcək.

Qeyd edək ki, 2013-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda tibbi sığorta üzrə ümumi yığımların həcmi 55,1 mln. manat təşkil edib və tibbi sığorta məcmu sığorta daxilolmalarında 29% paya malikdir. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur. Bu ilki ümumi tibbi sığorta üzrə yığımların 53,4%-i isə «PAŞA Sığorta» şirkətinin payına düşür.

Ümumiyyətlə, bütün sığorta növləri arasında ən çox ödəniş olan sığorta növü də tibbi sığortadır və tibbi sığorta üzrə ödənişlər bu il ümumi bazarda könüllü sığorta növləri üzrə həyata keçirilən ödənişlərin 56%-ni təşkil edib. Tibbi sığorta üzrə ümumi ödənişlərin 55%-ni isə «PAŞA Sığorta» həyata keçirib.

Qeyd edək ki, «PAŞA Sığorta» sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. «PAŞA Holding» Qrupunun üzvü olan «PAŞA Sığorta» korporativ və fərdi müştərilərə 31 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Nizamnamə kapitalı 40 mln. manat və cari aktivlərinin dəyəri 73 mln. manat olmaqla, «PAŞA Sığorta» kapitallaşma göstəricisi və riskləri özündə saxlama gücünə görə Azərbaycanın sığorta və təkrarsığorta bazarında lider üçlükdə mövqeyini gücləndirib.

«PAŞA Sığorta» şirkəti və sığorta xidmətləri haqqında daha ətraflı məlumat almaq üçün www.pasha-insurance.az internet səhifəsinə və ya Sığorta Məsləhət Xəttinə; korporativ müştərilər üçün (050/055) 263 88 08) və fərdi müştərilər üçün (050/055) 227 88 00 nömrəli telefon vasitəsilə müraciət etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR