Beynəlxalq Sülh İnstitutunun prezidenti Terye Röd-Larsenin başçılıq etdiyi nümayəndə heyəti SAM-ın qonağı olub - FOTO

Beynəlxalq Sülh İnstitutunun prezidenti Terye Röd-Larsenin başçılıq etdiyi nümayəndə heyəti SAM-ın qonağı olub - <span style="color: red;">FOTO
# 11 mart 2014 11:41 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində “Oslo anlaşmaları və Yaxın Şərq sülh prosesində hazırkı vəziyyət” mövzusunda dəyirmi masa keçirilib. SAM-dan APA-ya verilən məlumata görə, tədbirdə ABŞ-ın nüfuzlu beyin mərkəzlərindən olan Beynəlxalq Sülh İnstitutunun (Nyu-York) prezidenti Terye Röd-Larsenin başçılıq etdiyi nümayəndə heyəti SAM-ın qonağı olub.

Görüşdə SAM-ın direktoru Fərhad Məmmədov, direktor müavini Gülşən Paşayeva, millət vəkili Asim Mollazadə, Azərbaycan Futuroloq Cəmiyyətinin rəhbəri Reyhan Hüseynova, politoloq, Qafqaz Universitetinin beynəlxalq hüquq kafedrasının müdiri Fərhad Mehdiyev, politoloq Fikrət Sadıqov və s. qonaqlar iştirak ediblər.

Tədbirdə Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları, Yaxın Şərq sülh prosesinin tarixi və hazırkı durum, Yaxın Şərqdəki münaqişələr və onların həlli yolları, müasir geosiyasi proseslər və onların münaqişələrin həllinə təsiri potensialı kimi mövzular müzakirə olunub.

Qeyd edək ki, Terye Röd-Larsen 2005-ci ildən BSİ-nin prezidenti vəzifəsində çalışır. O, eyni zamanda Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin Təhlükəsizlik Şurasının 1559 saylı qətnaməsinin (Livandakı vəziyyətə dair) icrası üzrə xüsusi elçisidir.

Terye Röd-Larsen 1992-ci ildə Fələstin Azadlıq Təşkilatı (FAT) və İsrail arasında danışıqlara vasitəçilik edib. O, növbəti il FAT və İsrail hökuməti arasında imzalanan Oslo anlaşmalarının əsas memarı hesab olunur.

Beynəlxalq Sülh İnstitutu (BSİ) müstəqil, qeyri-kommersiya məqsədli araşdırma mərkəzidir.

Tədbirin sonunda məruzəçi iştirakçıları maraqlandıran suallara cavab verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR