DİN-in şöbə rəisi: “Dini ayrı-seçkilik, ədavət salınması cəhdlərinin qarşısını almaq məqsədilə kompleks tədbirlər görülür”

DİN-in şöbə rəisi: “Dini ayrı-seçkilik, ədavət salınması cəhdlərinin qarşısını almaq məqsədilə kompleks tədbirlər görülür”
# 12 mart 2014 15:33 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə martın 12-də Sumqayıt şəhərində “Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır” mövzusunda konfrans keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu mövzuda olan növbəti tədbirdə çıxış edən Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev şəhərdə radikalizmi, dözümsüzlüyü və bölücülüyü təbliğ edən zərərli meyllərin qarşısının alınması istiqamətində görülən işlər barədə iştirakçılara məlumat verib.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Rafiq Qaçayev çıxış edərək bildirib ki, ölkəmizdə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığının qorunması beynəlxalq hüquqi normalara uyğunlaşdırılıb. Dövlət və dini qurumlar arasındakı münasibətlər Azərbaycan Konstitusiyasının müvafiq müddəaları, "Dini etiqad azadlığı haqqında" qanun və digər normativ-hüquqi aktlar ilə tənzimlənir. Radikal yönümlü təriqətlərin, sektaların, müxtəlif icmalar və ayrı-ayrı şəxslər tərəfindən dini ayrı-seçkilik, ədavət salınması, dözümsüzlük ideyalarının yayılması, ölkədəki ictimai-siyasi sabitliyin pozulması kimi cəhdlərin qarşısının alınması məqsədilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları tərəfindən kompleks tədbirlər görülür.

Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdə Şəhər İcra Hakimiyyəti başçısının müavini, dini işlər üzrə komissiyanın sədri Akif Quliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbə müdiri Neman Əhədov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə dini icmasının sədri Rauf Sərdarov, Şəhər Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov Sumqayıtda dini, mənəvi-əxlaqi dəyərlərin qorunması istiqamətində görülən işlər barədə çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR