Azad Rəhimov Kolumbiya Universiteti və BMT Baş katibinin gənclər üzrə elçisinin keçirdiyi gənclər konfransında çıxış edib - FOTO

Azad Rəhimov Kolumbiya Universiteti və BMT Baş katibinin gənclər üzrə elçisinin keçirdiyi gənclər konfransında çıxış edib - <span style="color: red;">FOTO
# 26 mart 2014 08:02 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Gənclər və idman naziri Azad Rəhimov Kolumbiya Universiteti və BMT Baş katibinin gənclər üzrə elçisinin keçirdiyi gənclər konfransında çıxış edib.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, “Gənclərin rast gəldiyi marqinalizasiya və qeyri bərabərlik” mövzusunda keçirilən konfrans nüfuzlu akademik və professorları, bir sıra dövlət və beynəlxalq təşkilatların nümayəndələrini, aparıcı Amerika və Avropa universitetlərinin tələbə və fəal gənclərini bir araya gətirib.

Nazir çıxışında bu cür tədbirlərin keçirilməsini dəstəklədiyini bildirib, Azərbaycanın gənclər siyasəti modeli, onun prioritet və nailiyyətləri haqqında geniş məlumatı təqdim edib.

A. Rəhimov qeyd edib ki, Bakıda ilk dəfə olaraq keçiriləcək “Gənclər siyasəti üzrə I Qlobal Forum”unda 700 ekspert, dövlət, regional və beynəlxalq təşkilatlar, eləcə də gənclər təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir.

“Gənclər siyasəti üzrə I Qlobal Forum”un Bakıda keçirilməsi təşəbbüsü konfransda iştirak edən BMT-nin Əhali Fondunun icraçı direktoru Babatunde Osotimehin tərəfindən də böyük maraqla qarşılanıb: “Mən sevinirəm ki, Azərbaycanda gənclərə sərmayə qoyulur. Bu o deməkdir ki, siz həm öz gələcəyinizə, həm gənclərin gələcəyinə inanırsınız”.

Çıxışdan sonra A. Rəhimov Azərbaycan xalça nümunəsini hədiyyə olaraq Kolumbiya Universitetinin muzeyinə təqdim edib.

Səfər çərçivəsində nazir “Gənclərin potensialının reallaşdırılması və imkanların yaradılmasında BMT-nin rolu” adı altında keçirilən panelində də çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR