Azərbaycan millisi reytinq siyahısında gerilədi

Azərbaycan millisi reytinq siyahısında gerilədi
# 03 fevral 2014 10:38 (UTC +04:00)

Bakı – APA. Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Belçikada keçirilən Avropa çempionatının final mərhələsində çıxışını başa vuran Azərbaycan yığması yeni cədvəldə 11-ci pillədə qərarlaşıb. Komandamızın hesabında 1391 xal var.

Millimiz qrupda qalmaqla 1 pillə geriləyib. Sloveniyanı üstələyən (7:6) və İtaliyaya 0:7 hesablı məğlub olan yığmamız 1 həftə əvvəl tutduğu 10-cu yeri əldən verib. Komandamızı ilk “onluq”dan Yaponiya kənarlaşdırıb. Asiyalılar 10-cu yerə sahib çıxıblar.

Qeyd edək ki, siyahının ilk 3 pilləsində Braziliya (1946), İspaniya (1944), Rusiya (1721) yığmaları qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR