Azərbaycanda ötən ay sığorta müqavilələrinin sayı 3,7%, sığorta haqlarının məbləği 6% azalıb

Azərbaycanda ötən ay sığorta müqavilələrinin sayı 3,7%, sığorta haqlarının məbləği 6% azalıb
# 03 iyun 2014 12:41 (UTC +04:00)

Bakı – APA-Economics. Bu ilin may ayında 92 614 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub.

İcbari Sığorta Bürosundan (İSB) “APA-Economics”ə verilən məlumata görə, bunların 19 minə yaxın xarici ölkədə qeydiyyata alınan və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.

Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 6,5 mln. manatdan çox olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 3,73%, sığorta haqlarının məbləğində 5,95% azalma müşahidə edilib.

Mayda orta sığorta haqqı 70,2 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,65 manat azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR