Xorvatiyalı futbolçu: “Azərbaycan futbolu ildən ilə inkişaf edir”

Xorvatiyalı futbolçu: “Azərbaycan futbolu ildən ilə inkişaf edir”
# 21 avqust 2013 12:49 (UTC +04:00)

Bakı – APA. “Qazaxıstana gələnədək çox ölkələrdə - Xorvatiya, Albaniya, Yunanıstan, Kipr, Azərbaycanda oynamışam. Özü də bu ölkələrin hər birində xüsusi, maraqlı bir şey vardı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Xəzər Lənkəran”ın sabiq futbolçusu Roberto Alviz deyib.

Xorvatiyalı orta sahə oyunçusu Lənkəran təmsilçisinə gələnə qədər 2012-ci ilin qışında baxışda olduğu “Atırau”ya yalnız bu yay keçdi.

Cənubluların yollarını ayırdığı Roberto həmin vaxtı xatırlayıb: “İl yarım öncə “Atırau”dan dəvət aldım. Ancaq həmin vaxt Kiprdə komandalarının birinin üzvü idim. Türkiyədə təlim-məşq toplanışında “Xəzər Lənkəran”a qarşı oynayırdıq. Bu matçdan sonra klubun nümayəndələri mənimlə görüşdülər. Sonda müqavilə imzaladım, ancaq pul keçidimin əsas səbəbi deyildi. Bu dəfə özüm seçirdim, çünki azad agent idim. Həyat məni yenə “Atırau”ya qaytardı. İndi xoşbəxtəm ki, bu klubun heyətindəyəm”.

Lənkəranlıların heyətində Premyer Liqamızın gümüş medalçısı olan Alviz Qazaxıstan və Azərbaycan çempionatları arasında belə müqayisə aparıb: “Onu deyə bilərəm ki, hər 2 ölkənin futbolu ildən ilə inkişaf edir. Bu haqda öz təcrübəmə əsasən mühakimə yürüdürəm, çünki hər 2 ölkədə oynamışam. İki Qazaxıstan komandası qitə miqyaslı turnirlərdə son təsnifat mərhələsinə çıxıb. Hələ bir neçə il öncə heç kim inana bilməzdi ki, onlar Çempionlar Liqası və Avropa Liqasında qrupa çıxmaq uğrunda son mərhələdə çıxış edəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR