ARDNŞ-a məxsus neftin BTC ilə ixracına başlanıb

ARDNŞ-a məxsus neftin BTC ilə ixracına başlanıb
# 17 fevral 2014 15:22 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Fevralın 15-dən etibarən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus xam neftin təchizatına başlanıb. “APA-Economics”in xəbərinə görə, bu barədə şirkətin yaydığı məlumatda deyilir.

Bundan başqa, hazırda Bakı-Novorossiysk kəməri ilə ARDNŞ-a məxsus neftin nəqli barədə Rusiya Federasiyasının “Transneft” şirkəti ilə də danışıqlar davam etdirilir.

ARDNŞ-ın hasil etdiyi neftin Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə nəqlinə başlanması şirkətin bu neftin ixrac istiqamətlərinin diversifikasiyasını təmin edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR