Türkiyə Silahlı Qüvvələri üçün ilk 2 ədəd “F-35 Lightning II” təyyarəsinin sifariş verilməsi barədə qəbul olunub - FOTO

Türkiyə Silahlı Qüvvələri üçün ilk 2 ədəd “F-35 Lightning II” təyyarəsinin sifariş verilməsi barədə qəbul olunub - <span style="color: red;">FOTO
# 07 may 2014 13:26 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Türkiyə Müdafiə Sənayesi İcra Komitəsinin mayın 6-da keçirilən iclasında Türkiyə Silahlı Qüvvələri üçün ilk 2 ədəd “F-35 Lightning II” təyyarəsinin sifariş verilməsi barədə qəbul olunub. APA-nın Türkiyə Müdafiə Sənayesi Katibliyinə (SSM) istinadən verdiyi məlumata görə, baş nazir Rəcəp Tayyip Ərdoğanın iştirakı ilə keçirilən iclasda Türkiyə müdafiə sənayesi şirkətlərinin də iştirak etdiyi “F-35” Birgə Hücum Təyyarəsi (Joint Strike Fighter – JSF) layihəsinin icrası müzakirə olunub. Bu layihə üzrə “Block 2” konfiqurasiyalı iki ədəd “F-35A” təyyarəsinin sifarişinin verilməsi, həmçinin bu təyyarələr üçün Türkiyədə yerli sənaye və Hava Qüvvələri Komandanlığı nəzdində motor yığımı və texniki baxımı həyata keçirən müəssisənin inşası barədə qərar qəbul edilib.

Qeyd edək ki, JSF layihəsi çərçivəsində Türkiyə ümumilikdə 100 ədəd “F-35A” təyyarəsi almağı planlaşdırır.

Gələcəyin döyüş təyyarəsi kimi xarakterizə edilən “F-35”in üç fərqli – adi qalxma və enmə imkanına sahib “F-35A”, qısa qalxma və düz enmə imkanına sahib “F-35B” və təyyarədaşıyan gəmilərə bazalaşdırılmaq üçün nəzərdə tutulan “F-35C” konfiqurasiyaları mövcuddur.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR