Güclü külək Bərdədə problemlər yaradıb - VİDEO

Güclü külək Bərdədə problemlər yaradıb - <span style="color: red;">VİDEO
# 02 iyun 2014 10:41 (UTC +04:00)

Bərdə. Teymur Zahidoğlu - APA. Dünən Bərdədə müşahidə olunan küləkli hava şəraiti rayonun bir sıra yaşayış massivlərində ciddi fəsadlar törədib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, şəhərin mərkəzi hissəsi və bir neçə kənddə ağaclar aşıb, elektrik xətləri və sakinlərə məxsus yaşayış evlərinin dam örtüyü sıradan çıxıb. Rabitə və yüksək gərginlikli elektrik xətlərinə də zərər dəyib. Rayonun bir hissəsinin qaz təchizatında da problemlər meydana gəlib.

Hazırda Bərdə Rayon İcra Hakimiyyətinin Fövqəladə hallar komissiyası dəymiş ziyanı hesablayır. Yaranmış vəziyyəti aradan qaldırmaq üçün aidiyyatı qurumlar yerlərdə fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR