Fransanın Azərbaycandakı səfiri: “Leyla Yunusu və həyat yoldaşını Bakı aeroportuna qədər şəxsən müşayiət etmişəm” - VİDEO

Fransanın Azərbaycandakı səfiri: “Leyla Yunusu və həyat yoldaşını Bakı aeroportuna qədər şəxsən müşayiət etmişəm” - <span style="color: red;">VİDEO
# 02 may 2014 11:54 (UTC +04:00)

APA-nın məlumatına görə, səfir bildirib ki, L. Yunus Rauf Mirqədirovun həbsi ilə bağlı yaranmış vəziyyətə görə narahat olub: “Çünki onun tanışıdır. Ona görə də məndən və amerikalı həmkarımdan xahiş etdi ki, onunla birlikdə aeroporta gedək. Biz də heç bir tərəddüd etmədən bunu etdik”.

Fransa səfiri L. Yunusa viza verdiklərini də təsdiqləyib: “O, konfransda iştirak etmək üçün Brüsselə dəvət edilmişdi. Bizə viza üçün müraciət etdi. Ona viza verməmək üçün səbəb yoxdur. Pasportu var və biz ona viza verdik”.

Səfir bildirib ki, Leyla Yunusu insan haqları müdafiəçisi kimi tanıyır. O, L. Yunusun Ermənistan QHT-si ilə birgə layihəsi olan saytın açılışında iştirak etdiyini də deyib: “Çünki biz hesab edirik ki, Azərbaycan və Ermənistan insanları arasında birbaşa dialoq, onların öz narahatlıqlarını, gündəlik həyatları müzakirə etməsi bu insanları bir-birinə yaxın etmək və gələcəkdə müharibəyə düçar olmamaq yollarından biridir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR