Azərbaycanda Hava Limanı, Polis İdarəsi və Gömrük Komitəsində partlayış törədəcəyi barədə polisə məlumat verən şəxs həbs edilib

Azərbaycanda Hava Limanı, Polis İdarəsi və Gömrük Komitəsində partlayış törədəcəyi barədə polisə məlumat verən şəxs həbs edilib
# 02 dekabr 2013 10:49 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 30-da saat 19.13-də Gəncə şəhərində yaşayan Anar Həsənov DİN-in "102" Zəng Xidmətinə zəng edərək Gəncə Hava Limanını partladacağını, dekabrın 1-də isə Gəncə Şəhər Baş Polis İdarəsinə və Gömrük Komitəsinə qumbara atacağını bildirib.

Hadisədən dərhal sonra müvafiq tədbirlər görülüb, məlumat təsdiqini tapmayıb.

Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Anar Həsənov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR