Gəncədə qadın soyğunçuluğa məruz qalıb

Gəncədə qadın soyğunçuluğa məruz qalıb
# 04 iyun 2013 11:15 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə 47 yaşlı qadın yaşadığı binanın həyətində soyulub. APA-nın qərb bürosunun verdiyi məlumata görə Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İ. Mustafayeva polisə müraciət edərək bildirib ki, yaşadığı binanın arxasında naməlum şəxs ona yaxınlaşaraq boynunda olan 82 qramlıq qızıl boyunbağını qıraraq qaçıb.

Gəncə şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 180.2.5 (soyğunçuluq) maddəsi ilə cinayət işi aşılıb. Soyğunçuluq törədən şəxsin tapılması istiqamətində tədbirlər həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR