Mübariz Qurbanlı: “Prezident seçkilərində təbliğat-təşviqat kampaniyası sentyabrın 18-20-dən başlayacaq”

Mübariz Qurbanlı: “Prezident seçkilərində təbliğat-təşviqat kampaniyası sentyabrın 18-20-dən başlayacaq”
# 16 iyul 2013 10:33 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Azərbaycanda prezident seçkilərinə təbliğat-təşviqat kampaniyası sentyabrın 18-20-dən başlayacaq.


APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı partiyanın Bakı, Sumqayıt və Abşeron üzrə müşavirəsində deyib.

Onun sözlərinə görə, YAP prezident seçkilərinə böyük təcrübə ilə gedir: “Bu gün YAP-ın 600 mindən çox üzvü var. İnanırıq ki, Azərbaycanda bu il seçici fəallığı kifayət qədər olacaq və Azərbaycan xalqı öz layiqli namizədinə səs verəcək. Əvvəlki illərdə ölkədə keçirilən parlament, bələdiyyə və prezident seçkilərində də Azərbaycan seçiciləri seçkilərdə çox fəal iştirak ediblər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR