Bakıda poliklinikanın həyətində cinayət baş verib - VİDEO

Bakıda poliklinikanın həyətində cinayət baş verib - <span style="color: red;">VİDEO
# 21 avqust 2013 14:10 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda poliklinikanın həyətində qadın bıçaqlanıb. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 7-ci mikrorayonda yerləşən 25 saylı poliklinikanın həyətində baş verib.

Poliklinikada xadimə işləyən Suat Elnurə Məhəmməd qızı əvvəllər şəxsi münasibəti olduğu 1979-cu il təvəllüdlü Anar Qəzənfər oğlu Hüseynov tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib. Hadisəni törədən A. Hüseynov tutulub.

Qeyd edək ki, Elnurə Suat Türkiyə vətəndaşı ilə rəsmi nikahda yaşayır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR