Azərbaycanda çoxuşaqlı ailələrə mənzil veriləcəyi ilə bağlı məlumatlara aydınlıq gətirilib

Azərbaycanda çoxuşaqlı ailələrə mənzil veriləcəyi ilə bağlı məlumatlara aydınlıq gətirilib
# 25 may 2013 09:37 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, nazirliyin şöbə müdiri Elnur Sultanov bildirib ki, bu qanun layihəsi bir sıra güzəştlərin və imtiyazların verilməsini nəzərdə tutur.

Qanun layihəsində nəzərdə tutulan ən maraqlı yeniliklərdən biri çoxuşaqlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlıdır. Şöbə müdiri deyib ki, son vaxtlar bununla bağlı yayılan məlumatların əksinə olaraq, belə ailələrə dövlət tərəfindən mənzillərin verilməsi nəzərdə tutulmur - qanun layihəsində belə qayda yoxdur. Lakin bu ailələrə qanunda nəzərdə tutulmayan fondlar hesabına müəyyən mənzillər ayrıla bilər: «Qanunvericilikdə nəzərdə tutulmayan fondlar hesabına müəyyən mənzil fondunun ayrıla bilməsi məsələsi əksini tapıb, amma bu hələ müzakirə mövzusudur».

Əvəzində belə ailələrin mənzil şəraitinin yaxşılaşdırılması üçün onlara Mənzil Məcəlləsində nəzərdə tutulduğu kimi, sosial kirayədən istifadə etmək imkanı yaradıla bilər. E.Sultanov qeyd edib ki, qanunun qəbulundan sonra burada nəzərdə tutulan güzəştlərin həyata keçirilməsi ayrıca normativ sənədlərdə əksini tapacaq: «Bu qanunda sırf konseptual məsələlər, yəni çoxuşaqlı ailələrə veriləcək dəstəyin sosial-iqtisadi və hüquqi tərəfləri əks olunub. Amma qanun qəbul olunarsa, mənzil təminatı və digər məsələlərin necə həyata keçiriləcəyi ilə bağlı digər qanunvericilik aktları qəbul ediləcək».

Şöbə müdiri bildirib ki, çoxuşaqlı ailələrin sosial ipoteka kreditləri proqramlarından faydalanması da nəzərdə tutulub, amma bu kreditlərin hansı faiz dərəcələri və hansı şərtlərlə veriləcəyi hələlik məlum deyil. Bundan başqa, qanun layihəsində rayon və kənd yerlərində yaşayış çox uşaqlı ailələrə dövlət və ya bələdiyyə torpaq fondu hesabına torpaqların ayrılması da nəzərdə tutulub.

E.Sultanov qanun layihəsi üzərində müxtəlif dövlət qurumları tərəfindən müzakirələrin aparıldığını və son variantın hələ hazır olmadığını bildirib. Onun sözlərinə görə, qanunla bağlı müzakirələr ilin sonunadək başa çata bilər.

Qeyd edək ki, «Çoxuşaqlı ailələrə dövlət yardımı haqqında» qanun qəbul edilsə, ondan uşaqlarının sayı 18-i keçməyən 3 və daha uşağı olan ailələr, 2 və daha çox əkiz uşaqları olanlar faydalana biləcək. Bundan başqa, qanun layihəsində «Qəhrəman ana» anlayışı da nəzərdə tutulub – bu ad 5 və daha artıq uşağı olan qadınlara veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR