Gəncə şəhər sakini “siçan dərmanı”ndan zəhərlənib

Gəncə şəhər sakini “siçan dərmanı”ndan zəhərlənib
# 19 sentyabr 2013 11:02 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhər sakini ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, zəhərlənən şəxs Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Namiq Məmmədovdur. Həkimlər N. Məmmədovu xilas edə biliblər. Hazırda onun vəziyyəti normal qiymətləndirilir. N. Məmmədov özünə gələndən sonra “siçan dərmanı”ndan zəhərləndiyini deyib. O, evdə heç kəs olmadığı üçün özünə şorba bişirdiyini və “siçan dərmanı”nı istiotla səhv salıb yeməyə atdığını deyib. Yeməkdən sonra vəziyyəti pisləşən 25 yaşlı oğlan yaxınları tərəfindən dərhal xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR